Röya
Özünəməxsus səsə və zəngin repertuara sahib olan Röya 14 iyun 1982-ci ildə doğulmuşdur. Yaradıcılığa ilk dəfə 1999-cu ildə “W Trio” qrupunun üzvü olaraq başlamışdır. 2002-ci ildə solo karyerasına başlayan sənətçi qısa müddətdə bir çox layihələr təqdim edir və 2005-ci ildə “Səninəm” hiti ilə zirvəyə qalxır. Sənətçi “Ulduz Nəğməsi”, “Bahar”, “Həsrət Nəğməsi”, “Gəl Danış” kimi mahnılarla və möhtəşəm konsertlərlə 2000-ci illəri zirvədə tamamlayır. 2010-lar Röyanın yaradıcılığında “Sənə Görə”, “Bəlkə Də” kimi hitlər ilə iddialı başlayır. Bunun ardınca Türkiyədə böyük musiqi şirkətləri ilə müqavilə imzalayaraq yaradıcılığını paralel olaraq iki ölkədə davam etdirir. Röya nüfuzlu "Altın Kelebek" mükafatını Azərbaycana gətirən ilk azərbaycanlı ifaçıdır. Yeni onillikdə onun “Dəli Kimi”, “Tut Əlimdən”, “Zülmətəm” mahnıları milyonlarla baxış əldə etmişdir. Hitə çevrilən mahnıları, çoxsaylı pərəstişkar ordusu olan sənətçi yaradıcılığını aktiv şəkildə davam etdirməkdədir.
- Iscritti
- 633k
- Visualizzazioni
- 6 · 0 preferiti
- Copie
- 0 · 0 giocatori
- In vendita
- 0
Valore
- Ultima vendita
- -
- Valore di scarto
- 10
Prossima collezione, Inverno 2026: Rara
A 2M iscritti diventerà Super rara nelle collezioni successive.
Iscriviti al canale per farla salire nelle prossime collezioni!